2022-ci ilin yekunları üzrə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi $500 milyon təşkil edəcək. Bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ABŞ-la ticarət dövriyyəsinin həcminə mənfi təsir göstərib, lakin hazırda tərəflər iqtisadi-ticarət əlaqələrini bərpa etməyə çalışır.
“Əgər pandemiyadan əvvəl ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi təxminən $800 milyon idisə, pandemiya dövründə onun həcmi digər ölkələrlə olduğu kimi azalıb. Hesab edirəm ki, 2022-ci ilin sonuna kimi ticarət dövriyyəsi təxminən $500 milyon olacaq, sentyabr ayında isə $400 milyondan bir qədər çox təşkil edib”, - deyə səfir “Rasim Babayevlə müasir söhbət” YouTube kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “bizim daha fəal şəkildə işləməli olduğumuz bir çox istiqamətlər var”.
X.İbrahim qeyd edib ki, ilin sonuna qədər ABŞ-da Azərbaycanla iqtisadi əməkdaşlıq çərçivəsində iki böyük tədbirin keçirilməsi planlaşdırılır. “Azərbaycandan iş adamlarının da qatılacağı aqrar forum keçiriləcək. Müxtəlif şirkətlərə, fermalara səfərlər təşkil olunacaq. Logistika, daşıma məsələləri ilə bağlı digər tədbir isə Baltimorda keçiriləcək”, - deyə diplomat əlavə edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət