“Azərpambıq ASK” MMC-nin Müşahidə Şurasının növbəti iclasında 2023-cü ilin büdcə layihəsi təqdim edilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, büdcə layihəsi Korporasiyanın mərkəzi aparatı və törəmə müəssisənin rəhbər heyəti ilə birgə müzakirə edilərək, lazımi tövsiyə və tapşırıqlar nəzərə alınmaqla hazırlanıb.
Büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında yaranmış vəziyyət nəzərə alınıb.Xüsusilə son iki ildə COVID-19 pandemiyasının qlobal iqtisadiyyata mənfi təsiri, 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, iqlim dəyişiklikləri və ABŞ dollarının uçot dərəcəsinin il ərzində bir neçə dəfə artırılması səbəbindən qlobal tekstil sənayesində iqtisadi fəallıq ciddi şəkildə aşağı düşüb və bir sıra yeni risklər yaranıb. Maya dəyərinin artmasınəzərə alınıb, riskli sayılan satış bazarları və loqistika marşrutları üzrə mümkün olan diversifikasiya və optimallaşdırma tədbirləri nəzərdə tutulub.
Satışların aşağı olduğu aylarda təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə dövriyyə vəsaitinə yarana biləcək tələbləri qarşılamaq üçün qısamüddətli bank krediti xəttindən istifadə üzrə yerli banklarla əməkdaşlıq qurulub.
“Azərpambıq ASK” MMC-nin büdcə layihəsi baza, pessimist və optimist ssenarilər üzrə hazırlanıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət