Milli MəclisinBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesab edir ki, Fransa Senatı son qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi kimi özünü tamamilə etibardan saldı.
“Fransa Senatının son qətnaməsi (15 noyabr 2022-ci ildə qəbul olunub - İF) reallıqdan o qədər uzaq və qərəzlidir ki, bütün gərəksizliyinə baxmayaraq, olduqca konkret məna daşıyır. Danışıqlarda vasitəçi kimi Fransa özünü tamamilə etibardan saldı!”, - Seyidov çərşənbə günü Twitter hesabında paylaşım edib.
Daha əvvəl Azərbaycan Xarici Nazirliyi Fransa Senatında qəbul edilmiş qətnaməni rədd edib. Bakıda qeyd ediblər ki, bu sənəd yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
XİN-dən vurğulanıb ki, hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, “sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir”. **
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət