Milli Məclis cümə günü keçirilən plenar iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir ki, transmilli şirkətlər üçün (dövriyyəsi 750 milyon manatdan çox olan) tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyasının 10 min manatadək (hazırda 500 manatdır) artırılması nəzərdə tutulur.
Bundan əlavə, düzəlişlər kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən bir il müddətinə uzadılmasını nəzərdə tutur.
Düzəlişlərə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50 min manatadək mənfəət vergisindən azad olunur.
İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50%-i - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə gəlir vergisindən azad olunur.
Bundan əlavə, 1 yanvar 2023-cü ildən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən bir il müddətinə vergidən azad olunur.
Düzəlişlərə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qətnamə və sanasiya tədbirləri çərçivəsində ödəmə qabiliyyətini itirmiş banklar tərəfindən işlək olmayan (toksik) aktivlərin vergidən azad edilməsi, habelə müflis elan olunma proseduru çərçivəsində bank aktivlərinin təqdim edilməsi müddəti daha 4 il müddətinə - 2026-cı ilin sonunadək uzadılır.
Bundan başqa, yalnız elektrik mühərrikində işləyən avtobusların idxalı və satışı (elektrik mühərriki ilə avtomobillər üçün ikinci və üçüncü səviyyəli elektrik yüklü qurğuların gətirilməsi və satışı), habelə İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2023-cü ilə qədər vergidən azad edilir.
Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının təsdiqlədiyi sənəd (struktur) əsasında iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində avadanlıq və materialların Azərbaycana gətirilməsinin vergidən azad edilmə müddəti daha iki il - 2025-ci il yanvarın 1-dək uzadılır.
Dəyişkliklərə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən modernləşdirmə layihələri çərçivəsində avadanlıq və ehtiyat hissələrin Azərbaycana idxalının (müşayiət sənədləri əsasında) 1 yanvar 2023-cü ildən etibarən 3 il müddətinə vergidən azad edilməsi təklif olunur.
1 yanvar 2023-cü ildən etibarən Azərbaycan Respublikası ərazisində pərakəndə satış və ya ictimai iaşə ilə məşğul olan şəxslərdən alınan mallara (neft-qaz məhsulları, avtomobillər, alkoqol içkiləri və tütün məhsulları istisna olmaqla), həmçinin tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə fiziki şəxslər tərəfindən ödənilən ƏDV-nin ödənilməsi qaydasına dəyişiklik edilməsi təklif olunur, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırki maddəyə əsasən ödənilən məbləğin aşağıdakı formada qaytarılması təklif olunur: nağdsız qaydada ödənilən ƏDV-nin 17,5%-i (hazırda 15%-dir), ƏDV-nin 5%-i (hazırda 10%-dir).
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenleşdirilmis" va ya "bərpa edilmiş tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına tətbiq edilən aksizin 30 manatdan 22 manata endirilməsi təklif olunur. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət