Azərbaycan prezidenti İlham Əliyev Trans-Adriatik boru kəməri (TAP) layihəsinin iştirakçıları tərəfindən tezliklə TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacağına ümidvar olduğunu bildirib.
“Azərbaycan Trans-Adriatik boru kəməri vasitəsilə qaz nəqlinin artırılması üçün mümkün olanı edir. Biz enerji daşıyıcılarının təchizatının artırılması üçün əlimizdən gələni edirik. Azərbaycan qazına artan tələbatdan xəbərimiz var. Lakin bunun üçün TAP boru kəmərinin ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Biz bunu birtərəfli qaydada edə bilmərik, çünki TAP layihəsində bizim payımız 20% təşkil edir. Buna baxmayaraq, ümid edirəm ki, bununla bağlı tezliklə qərar qəbul ediləcək, çünki TAP onsuz da tam gücü ilə işləyir”, - Əliyev cümə axşamı “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə Avropanın 10-dan artıq ölkəsindən qaz həcminin artırılması və ya qazın nəqli ilə bağlı müraciətlər daxil olub. “Hazırda biz bu müraciətləri nəzərdən keçiririk”, - dövlət başçısı deyib.
Əliyev təchizat coğrafiyasının genişləndirilməsi haqqında danışarkən qeyd edib ki, “Biz interkonnektorların inşası ilə bağlı Avropanın təşəbbüslərini tam dəstəkləyirik. Onların birinin açılışı mənim də iştirakımla oktyabrın sonunda Sofiyada baş tutdu. İkincisi, Bolqarıstan və Serbiya arasındadır ki, o, gələn il hazır olacaq. Biz, həmçinin Albaniya hökuməti ilə bu ölkədə qaz paylayıcı şəbəkəsinə sərmayə qoyuluşu üzərində fəal çalışırıq. Çünki Albaniyada belə bir şəbəkə mövcud deyil. Albaniya tranzit ölkəsidir. Lakin onların da daxili tələbatı ödəmək üçün qaza ehtiyacı var. Bundan başqa, üç Balkan ölkəsini əhatə edəcək İon-Adriatik boru kəmərinin tikintisi layihəsi var. Bunun üçün bütün iştirakçıların prosesə qoşulmasına ehtiyac var ki, bu istiqamətdə lazımi addımlar atılsın”, - Azərbaycan prezidenti deyib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət