Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mİkayıl Cabbarov məlumat verib.
“Üç şirkət - Absheron Trending MMC, AR Metiz MMC və LV Shipping Caspian MMC Hacıqabul Sənaye Məhəlləsinin rezidenləti olub. Beləliklə, rezidentlərin sayı 13-ə çatıb”, - Cabbarov Facebook hesabında yazıb.
Absheron Trending MMC-nin (parket, laminat və digər ağac məhsullarının istehsalı) investisiyaları - 3 milyon manat, AR Metiz (müxtəlif diametrli polad şurupların istehsalı) - 3 milyon manat, LV Shipping Caspian (sənaye tullantılarının utilizasiyası) - 350 min manat təşkil edəcək.
“Bu investisiyalar hesabına 115 iş yeri yaradılacaq”, - nazir qeyd edib.
Hacıqabul Sənaye Məhəlləsi prezident İ.Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə Hacıqabul rayonunda 20 hektar sahədə yaradılıb. Bu məqsədlə prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb. 2020-ci ilin may ayında prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin 40 hektar genişləndirilməsi haqqında sərəncam imzalayıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət