Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 6 milyard 409,65 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,4% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2022-ci ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 710,48 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,73% azdır. Sentyabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 20,89%-i Azərbaycanın payına düşüb.
Azərbaycan sentyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədəki mövqeyini qoruyub saxlayıb. Birinci yerdə Rusiya (45,27%), ikinci yerdə İran (25,12%), dördüncü yerdə Əlcəzair (8,72%) qərarlaşıb.
Cari ilin sentyabr ayında Türkiyəyə 3 milyard 401,37 milyon kubmetr qaz (2021-ci ilin sentyabr ayı ilə müqayisədə azalma 20,56%) ixrac edilib. 3 milyard 104,86 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 91,28%-i, azalma 14,43%), 296,51 milyon kubmetr (bütün ixracın 8,72%-i, azalma 54,59%) isə LNG-nin payına düşüb.
Sentyabrda Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair (LPG)) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir. Müqavilə üzrə 2022-ci il üçün nəql 2,55 milyard kubmetr, illik ixrac pik həddə 3,7 milyard kubmetr həcmində nəzərdə tutulub.
2021-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).*
N.Abbasova
Bayramov RF-də Xəzəryanı ölkələrin XİNŞ iclasında iştirak edəcək
Azərbaycanın müdafiə naziri Misir və İtaliya şirkətlərinin slahları ilə tanış olub
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
9 ay ərzində Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını 2% artırıblar
DTA və İƏT turizm üzrə təhsil sahəsində əməkdaşlıq etmək niyyətindədir
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
NATO: Türkiyə ilk dəfə olaraq hava məkanının patrul xidməti üçün Rumıniyaya bir qrup qırıcı göndərib
ABŞ İsrailin Qəzza zolağının cənubunda daha diqqətli hərbi əməliyyatlar aparacağına ümid edir
Ayətullah Xamenei ABŞ-a qarşı qlobal koalisiya yaratmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank HPE Server avadanlığı və sistemləri üçün komponentlərin təchizatına dair tender elan edir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək