Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Həştərxan vilayətinin Azərbaycanla əməkdaşlığı uğurla davam edir. Bu ilin 9 ayının nəticələrinə əsasən, yükdaşımalarının 4 dəfə artması əlaqələrin yaxşı göstəricisidir. Eyni zamanda, ixrac və idxal məhsullarının çeşidi genişlənib”, - deyə Babuşkin qeyd edib.
Azərbaycanla Həştərxan vilayəti arasında ənənəvi qonşuluq əlaqələrinin mövcudluğuna toxunan Əliyev əməkdaşlıqla bağlı planların həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Babuşkin özünün teleqram kanalında yazıb ki, Prezident Əliyevlə danışıqların əsas mövzusu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalarla bağlı olub. “Bu il Rusiya metal və avadanlıqlarının dəniz yolu ilə Azərbaycana ixracına başlamışıq. 9 ay ərzində limanlarımız arasında yük dövriyyəsi 47% artaraq 17 min ton təşkil edib. Azərbaycan Respublikasının Prezidentinə ərazisindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi bütün ölkələrdə liman xüsusi iqtisadi zonalarının səylərini birləşdirməyi təklif etdim və Azərbaycanın Ələt azad iqtisadi zonasını bu təşəbbüsə qoşulmağa dəvət etdim. Təklifim dəstəkləndi”, - deyə qubernator bildirib.
Babuşkin gəmiqayırma sahəsində əməkdaşlığın perspektivləri üzərində ayrıca dayandıqlarını vurğulayıb. “Azərbaycan rəhbəri sənaye kooperasiyası çərçivəsində qarşılıqlı fəaliyyətimizin potensialını yüksək qiymətləndirdi. Həştərxan və Azərbaycanın gəmiqayırma mütəxəssisləri bu iş üçün lazımi təcrübə və səriştəyə, eləcə də bütün texniki imkanlara malikdir”, - deyə o əlavə edib.
Babuşkin, həmçinin Həştərxan vilayətinin Abşeron rayonu ilə əlaqələrinin inkişafı barədə Əliyevə məlumat verib. “Bu əlaqələrin əsasını kənd təsərrüfatı sahəsi təşkil edir. Sabah Həştərxan və Abşeronun kənd təsərrüfatı mütəxəssisləri aqrar-sənaye kompleksi mövzusunda birgə konfransda iştirak edəcək, balıqçılıq, heyvandarlıq və bitkiçilik sahəsində təcrübə mübadiləsi aparacaqlar. Azərbaycan Respublikasının başçısı bizim əməkdaşlıq istəyimizi dəstəkləyərək bu istiqamətdə biznes üçün geniş imkanların olduğunu qeyd etdi”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət