2022-ci ilin yanvar-noyabr aylarının yekunları üzrə Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 20%, Azərbaycandan Rusiyaya analoji məhsulların tədarükü isə 9% artıb. “İnterfaks-Azərbaycan” agentliyi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında keçirilən görüşdə məlumat verilib.
“Eyni zamanda, diri heyvan, ət, yumurta, kartof, marqarin, qarğıdalı tədarükündə dinamik artım qeydə alınıb. Bundan başqa, Azərbaycan Rusiyadan böyük həcmdə buğda, günəbaxan yağı, un və qənnadı məmulatları, süd məhsulları və bir çox digər ərzaq məhsulları idxal edir”, - deyə məlumatda qeyd olunur.
Eyni zamanda, Azərbaycandan Rusiyaya tədarük dəyər ifadəsində 9% artıb. Əsasən pomidor, kartof, xiyar və digər tərəvəzlər, qoz, alma, xurma və digər meyvə növləri ixrac edilib.
Danışıqlar zamanı Rusiya kartofunun Azərbaycana tədarükü məsələsi də müzakirə olunub.
“Bu il Rusiya böyük həcmdə ərzaqlıq və toxumluq kartof ixrac edib. Eyni zamanda, fitosanitar sənədlərin saxtalaşdırılması halları aşkarlanıb və “Rosselxoznadzor” tərəfindən hər bir fakt üzrə operativ tədbirlər görülüb: araşdırma aparılıb, qanunsuz sxemlərdə iştirakı müəyyən edilən şirkətlərin Azərbaycana ixrac həyata keçirməsi qadağan edilib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər, həmçinin bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasının intensivləşdirilməsi ilə bağlı razılığa gəliblər. Bu, mal axınının tam izlənməsini təmin etməyə və qanunsuz tədarükün qarşısını almağa imkan verəcək.
Dankver Təhməzlini əmin edib ki, bitkiçilik məhsullarının Azərbaycana ixracında mütləq şəffaflığın və təhlükəsizliyin təmin edilməsi “Rosselxoznadzor” üçün prioritet vəzifədir.
Danışıqların sonunda tərəflər 2022-ci ildə ticarət sahəsində qarşılıqlı fəaliyyətin və işgüzar əməkdaşlığın nəticələrini yekunlaşdırmaq, eləcə də növbəti il üçün birgə işin əsas istiqamətlərini razılaşdırmaq üçün işgüzar görüşün keçirilməsini planlaşdırıblar.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət