Cənubi Qafqazdan Avropaya yaşıl enerjinin ixracını hədəfləyən Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinə ümumi sərmayələr 2,3 milyard avro həcmində qiymətləndirilir.
Layihənin təqdimatı bazar günü Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, komissarlar Olivér Várhelyivə Yutta Urpilaynen, o cümlədən Aİ-yə üzv ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Global Gateway təşəbbüsünün birinci iclası zamanı baş tutub.
"Layihənin dəyəri 2,3 milyard avro həcmində qiymətləndirilir. Bu layihənin həyata keçirilməsi üçün növbəti addım 2022-ci il dekabrın 17-də Buxarestdə keçiriləcək görüş və Avropa Komissiyasının dəstəyi ilə Qara dəniz ölkələri arasında sazişin imzalanması olacaq", - layihənin təqdimatında deyilir.
Sənədə əsasən, 2023-cü ildə enerji sektorundakı islahatlara davamlı dəstək olmağa və bərpa olunan enerji mənbələrinə investisiya qoymağa yönəldilmiş işlər planlaşdırılıb. Həmçinin, 2023-cü ildə Qara dəniz layihəsinin texniki-iqtisadi əsasnaməsinin hazırlanmasının başa çatdırılması planlaşdırılır.
Hazırda bu layihənin həyata keçirilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması müzakirə olunur.
Öncə energetika naziri Pərviz Şahbazov məlumat veib ki, Energetika Nazirliyi Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsi üzrə Gürcüstanla Rumıniya arasında elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılmasını, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur.
Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması nəzərdə tutulur.
Bu layihə "yaşıl enerji" dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir.
Global Gateway təşəbbüsü dünyada infrastrukturun inkişafı üçün 2021-ci ildən 2027-ci ilə qədər olan dövrdə 300 milyard avroya qədər investisiya səfərbər etməyi hədəfləyir. Qlobal Gateway təşəbbüsündə Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla Aİ, üzv ölkələr və onların maliyyə qurumları və inkişaf institutları iştirak edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət