Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Türkmənistana işgüzar səfəri çərçivəsində türkmənitanlı həmkarı Sərdar Berdıməhəmmədovla görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi “Türkmənistan Qızıl əsr” nəşrinə istinadən məlumat verir ki, iki dövlət başçısı görüş əsnasında öncə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişini müzakirə ediblər.
“Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin iri həcmdə karbohidrogen ehtiyatlarına sahib olan iki ölkənin əlverişli coğrafi mövqeyini nəzərə alaraq müasir tranzit-nəqliyyat infrastrukturunun yaradılması perspektivləri ayrıca müzakirə mövzusu olub», - məlumatda bildirilir.
Bununla əlaqədar, ötən ilin yanvar ayında Aşqabadda Azərbaycan Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının aktuallığı qeyd edilib.
Həmsöhbətlər vurğulayıblar ki, YEK və nəqliyyat sahələri qarşılıqlı səmərəli əməkdaşlığın ən vacib istiqamətlərindəndir. Bununla bağlı Əliyev YEK və nəqliyyat sahələrində tərəfdaşlığın gələcəkdə inkişafının zəruriliyi ilə əlaqədar Berdıməhəmmədovun təklifini dəstəkləyib.
Bundan əlavə, prezidentlər təhsil, elm, mədəniyyət və səhiyyə sahələrində əlaqələrin genişlənməsi və möhkəmlənməsi niyyətləri barədə bəyan ediblər. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət