Dekabrın 16-da SOCAR ilə Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb.
SOCAR-ın məlumatında deyilir ki, müqavilə çərçivəsində “Romgaz S.A.” 2023-cü il yanvarın 1-dən etibarən təbii qaz Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə nəql ediləcək.
“Bu müqavilənin imzalanması Avropada yeni alıcılara Azərbaycan qazı almağa imkan yaradacaq”, - şirkətdən vurğulanır.
Öz növbəsində, “Romgaz S.A.” öz məlumatında qeyd edir ki, “bu müqavilənin imzalanması ilə tələbatın ödənilməsi məqsədilə Azərbaycan qazına çıxış imkanı təmin edilir”.
“Müqavilə təbii qaz tədarükünün təhlükəsizliyinin təminatl və şaxələndirilməsi üzrə strateji hədəflərə xidmət edir. Tərəflər əməkdaşlığı və Azərbaycanın təbii qazının Rumıniya bazarına tədarükü mexanizmlərinin təkmilləşdirilməsini davam etdirməyi planlaşdırırlar”, - “Romgaz S.A.” şirkətinin məlumatında deyilir.
Xəbər verildiy kimi, öncə 2022-ci ilin mart ayında Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku bəyan edib ki, Buxarest Azərbaycandan qaz idxalında maraqlıdır.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın 22-23 milyard kubmetr, o cümlədən Avropaya ixracın 11,5 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.**
A.Əzizov, N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət