Şənbə günü Buxarestdə Azərbaycan prezidenti İlham Əliyevin Rumıniya prezidenti Klaus Yohannis ilə görüşü olub, tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir.
Bildirilir ki, görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlindiyi bildirildi və 2023-cü ilin yanvarında bu işə başlanılacağı ifadə edildi. Həmçinin, SOCAR-ın Rumıniyada fəaliyyətinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Həmsöhbətlər Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi apardılar. “Bunun, eyni zamanda, Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə töhfə verəcəyi qeyd edildi. Bu proseslərin öz növbəsində Mərkəzi Asiya ilə Avropa arasında tranzit əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulandı”, - məlumatda deyilir.
Qeyd olunur ki, “Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların uğurla davam etdirildiyi bildirildi”.
Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfər edib və “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində iştirak edib. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət