Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Bakının Laçın yolunu bağlaması ilə bağlı Ermənistanın ittihamlarını rədd edib, İrəvanın iddialarını yalan və əsassız hesab edir.
Y.Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında Laçın yolu ətrafındakı vəziyyətin müzakirəsi zamanı bildirib ki, Ermənistan bu məsələ ilə bağlı süni şəkildə problem yaradır, humanitar yüklərin Laçın yolu ilə hərəkətinə heç bir maneə yoxdur.
“Laçın yolu ətrafındakı vəziyyətə gəlincə, Azərbaycan Ermənistanın bütün iddialarını qətiyyətlə rədd edir. Laçın yolu tamamilə Azərbaycanın ərazisində, onun Laçın rayonunda yerləşir. Bu rayon 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 77 mindən çox sakini olan Laçın rayonunun əhalisi öz yurdlarını və evlərini tərk etmək məcburiyyətində qalıb, şəhər və ətraf kəndlər Ermənistan ordusu tərəfindən talan edilərək yandırılıb. İki il əvvəl 44 günlük müharibədən sonra üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın rayonu Azərbaycana qaytarılarkən dövlətimiz Laçın yolunda hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verib. Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı iddialar da yalandır. Bölgədə yerli əhalinin istifadəsi üçün malların tədarükü və ya əsas səhiyyə xidmətlərinin göstərilməsi baxımından heç bir maneə yoxdur. Bu, Ermənistanın açıq-aşkar pis niyyətli siyasi məqsədlər üçün manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil”, - deyə daimi nümayəndə vurğulayıb.
Y.Əliyev deyib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında olan təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, bölgədə ekoloji terror törədib. “Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazisində olan faydalı qazıntı yataqlarını talan edir. Suveren dövlətin təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, mədən və karxana əməliyyatları kifayət qədər ekoloji nəzarət olmadan, tullantı sularının təmizlənməsi və ərazinin rekultivasiyası, ekoloji texniki standartlara əməl edilmədən aparılıb”,- deyə o diqqətə çatdırıb.
Y.Əliyev əlavə edib ki, Ermənistan üçtərəfli bəyanatlar çərçivəsində götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. Ermənistan hətta münaqişədən sonrakı dövrdə də Azərbaycan ərazisinə yeni minalar basdırmaqda davam edir. Belə ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-dən çox mina aşkar edilib.
Bundan başqa, Ermənistan iki ildən artıqdır 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələri tamamilə çıxarmaqdan imtina edir və orada qanunsuz hərbi fəaliyyətləri davam etdirir.
“Ermənistan beynəlxalq hüququn və üçtərəfli bəyanatın bəndlərini pozaraq Laçın yolunun humanitar əhəmiyyəti barədə fərziyyələr irəli sürməklə yanaşı, həm də ondan hərbi məqsədlər, o cümlədən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyası və silahların bu bölgəyə ötürülməsi üçün fəal istifadə edir”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin yaradılması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət