Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına 2023-cü ilin dövlət büdcəsindən 1 milyard 202,1 milyon manat məbləğində vəsait ayırmağı planlaşdırır ki, bu da 2022-ci illə müqayisədə 20,5% çoxdur.
Maliyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, müxtəlif kənd təsərrüfatı tədbirləri üçün 658,1 milyon manat (xərclərin 54,7%-i), meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 465,8 milyon manat (38,7%), baytarlıq tədbirləri üçün 47,5 milyon manat (4%), digər məqsədlər üçün 30,7 milyon manat (2,6%) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi də daxil olmaqla Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait nəzərdə tutulub.
Bundan əlavə, ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və ölkənin ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin artırılması üçün yeni tənzimləyici mexanizmlərin yaradılması məqsədilə 180 milyon manat məbləğində vəsait ayrılacaq.
Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortalanması üçün 6,5 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət