Rusiyanın “MTS Bank”ı Azərbaycana bank kartları ilə komissiyasız pul köçürmə xidmətini istifadəyə verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MTS Bank” PSC-nin mətbuat xidmətindən məlumat verilib.
“Köçürmələr rublla həyata keçirilir. “MTS Bank” köçürmələrə görə komissiya tutmur. Birdəfəlik köçürmənin minimum məbləği 50 rubl, maksimum məbləği 300 min rubldur”, - deyə məlumatda qeyd olunur.
Köçürmə “MTS Bank”ın tətbiqi üzərindən həyata keçirilir.
Azərbaycanın bank kartlarında vəsaitin artırılması “MTS Bank”ın kartları, “MTS Pul” elektron pul kisəsi hesabı, eləcə də MTS-in abunəçisi olan fiziki şəxsin şəxsi hesabı vasitəsilə mümkündür. Gələcəkdə üçüncü tərəf banklarının kartları ilə ödəniş imkanlarının genişləndirilməsi planlaşdırılır”, - deyə məlumatda vurğulanır.
“MTS Bank”ın “Pul köçürmələri” striminin lideri Kirill Palçun bildirib ki, 2023-cü ilin sonunadək Azərbaycan banklarına köçürmə xidmətinin auditoriyası 100 min nəfəri ötəcək.
“MTS-Bank” 2022-ci ilin may ayında “Granat Partners” xidməti vasitəsilə Azərbaycana pul köçürmələrinin həyata keçirilməsinin mümkün olduğunu elan edib.
“MTS Bank” PSC Rusiyanın 50 aparıcı bankı sırasına daxil olan universal kommersiya bankıdır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət