Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çərşənbə axşamı məlumat verib ki, Bakıda İsrail XİN-in siyasi direktoru Aliza Bin-Nun və Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka ilə görüşüb. Görüş zamanı İsrail diplomatları ilə ikitərəfli əməjdaşlıq və regional proseslər müzakirə olunub.
“Tarixi Nobel Evində İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin-Nun, İsrail XİN-in strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarkanı salamlamaq və ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlərə dair geniş müzakirə aparmağa şadam”, - Hacıyev Twitter hesabında yazıb.
Hacıyev əlavə edib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək.
Öz növbəsində, Aliza Bin-Nun Twitter hesabında qeyd edib ki, ikitərəfli və regional məsələlərlə bağlı aparılmış fikir mübadiləsi “son dərəcə maraqlı və konstruktiv” olub.
Yanvarın 16-dan 18-dək Bakıda İsrail diplomatlarının regional müşavirəsi keçirilir. Öncə bu görüşü Moskvada keçirmək planlaşdırılırdı. Lakin Ukraynada və onun ətrafında böhran fonunda müşavirənin keçirilməsi yeri Azərbaycanın paytaxtına köçirülüb. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət