"Accor" Qrupu 2023-cü ildə Azərbaycanda iki yeni otel açacaq.
“2023-cü ildə Azərbaycanda Qrupun iki yeni oteli açılacaq. Müasir dizayn və milli koloriti özündə birləşdirən Mercure Baku City paytaxtın tam mərkəzində, şəhərin əsas görməli yerlərindən bir neçə addımlıq məsafədə yerləşəcək. Premium Mövenpick Winter Park Baku Qış Parkının ərazisində, mərkəzi Nizami küçəsinə piyada məsafədə yerləşəcək”, - “İnterfaks-Azərbaycan”a “Accor”un mətbuat xidmətindən məlumat verilib.
Bununla yanaşı, cari inkişaf planına uyğun olaraq, 2023-cü ildə Qrup Azərbaycanın dəniz, sağlamlıq və xizək kurortlarında yeni hotellərin açılması üçün imkanları öyrənməyə davam edəcək.
«Accor»un məlumatına görə, Qrup 2022-ci ildə Cənubi Qafqazda və Mərkəzi Asiyada portfoliosunu 60%-dən çox artırıb. Qrup 2022-ci il ərzində bu bölgələrdə 24 oteldən ibarət mövcud kolleksiyanı artıracaq 2100 otaqdan çox ümumi nömrə fondu olan altı otel brendi altında 15 yeni layihə imzalayıb.
Ümumiyyətlə, «Accor» 2023-cü ildə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində 9 yeni otel açmağı planlaşdırır, onlardan beşi 2022-ci ildə imzalanıb.
2022-ci ildə Cənubi Qafqaz və Mərkəzi Asiyada «ekonom»dan «premium» seqmentinə qədər 619 otaqlı ümumi otel fondu ilə Qrupun beş oteli açılıb.
"Ötən il Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində portfolionun genişləndirilməsi baxımından bizim üçün uğurlu oldu. Biz Özbəkistan bazarına ilk dəfə çıxdıq və bir il ərzində yeddi əlamətdar layihə imzalamışıq ki, onlardan da iki otel artıq açılıb və ilk qonaqları qəbul edir. “Accor” Gürcüstanda biznesi fəal inkişaf etdirir, paytaxtda flaqman otellər açır və açılış planına yeni layihələr əlavə edir. Bundan əlavə, «Accor» Azərbaycanda, Qazaxıstanda və Ermənistanda iştirakını genişləndirməyə davam edib. 2023-cü ildə biz artım tempini inkişaf etdirməyə davam edəcəyik və regionda qonaqpərvərlik sənayesində lider mövqeyimizi təsdiqləyərək və gücləndirərək 20-dən çox yeni layihə imzalamağı ümid edirik", - “Accor New East Europe”un baş direktoru Aleksis Delaroffdeyib.
“Accor” – 110 ölkədə 5300 oteli və 10000 restoran və barı birləşdirən aparıcı otellər qrupudur.
Daha əvvəl A.Delaroff “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib ki, “Accor” qrupu yaxın illərdə Azərbaycanda yeni otel brendlərinin açılması istiqamətində bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır. “Hazırda Azərbaycandakı portfoliomuza iki otel daxildir: məşhur “Alov qüllələri” kompleksində yerləşən möhtəşəm “Fairmont Baku” və 2021-ci ilin yayında açılmış ekonom sinifli “ibis Baku City” oteli. Yaxın vaxtlarda biz Azərbaycanda digər otel brendlərini də təmsil etməyi planlaşdırırıq, belə ki, bu bazar bu regionda qrupun inkişafı üçün əsas bazarlardan biridir”. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət