31 dekabr 2022-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 747,621 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 403,758 milyon manat (azalma 13,6%) təşkil edir.
2022-ci ilin sonuna bankın kredit portfeli 236,088 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,1% - İF) bərabərdir.
31 dekabr 2022-ci il tarixinə bankın öhdəlikləri 637,562 milyon manat (azalma 9,8%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 449,675 milyon manata (azalma 12,6%), o cümlədən əhalinin əmanətləri 353,26 milyon manata bərabərdir.
Bankın kapitalı 110 milyon 59,44 min manat (artım 4,3%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
2022-ci ildə ASB-nin xalis mənfəəti 5 milyon 285,91 min manat (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 2,4 dəfə - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə bankların ilk onluğunda yer alır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət