2022-ci ildə Azərbaycanda 15 milyard 425,16 milyon kubmetr səmt qazı hasil edilib ki, bu da 2021-ci ilin göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə məlumat verib.
“Hesabat ilində Azərbaycanın neft yataqlarından 15 milyard 425,16 milyon kubmetr səmt qazı hasil edilib ki, bunun da 4 milyard 231,46 milyon kubmetri (azalma 5,5%) əmtəəlik qazın payına düşüb”, - agentliyin həmsöhbəti bildirib.
Azərbaycan üzrə qaz hasilatının ümumi həcmində 33% səmt qazının, 31 milyard 318,18 min kubmetr və ya 67% isə təbii qazın (artım 8,8%) payına düşüb.
2021-ci ildə Azərbaycanda 15 milyard 65,6 milyon kubmetr səmt qazı (artım 13,9%), 28 milyard 797,9 min kubmetr təbii qaz (artım 20,5%) hasil edilib.
Səmt qazının əsas həcmi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilir, onun böyük hissəsi təzyiqin saxlanılması üçün yenidən laylara vurulur, qalan həcm (əmtəəlik qaz) isə SOCAR-a təmənnasız olaraq verilir.
Hazırda Azərbaycanda təbii qazın böyük hissəsi “Şahdəniz” yatağından hasil edilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət