“Daşkəsən Dəmir Filiz” MMC (“AzerGold” QSC-nin törəmə şirkəti - İF) 2025-ci ilin sonuna qədər Daşkəsən dəmir filizi yataqlarından (Azərbaycanın qərbi - İF) hasil olunan dəmir filizi konsentratının istehsalı üçün infrastrukturun yaradılmasını başa çatdırmağı planlaşdırır.
“Hasil edilən dəmir filizinin istehsalının təşkili – konsentrat, daha sonra pellet və DRİ (direct reduce iron - birbaşa reduksiya dəmir) xammalın hazırlanması üçün 2025-ci ilin sonunadək müvafiq istehsalat infrastrukturunun qurulması məqsədilə işlər davam etdirilir”, - “İnterfaks-Azərbaycan”a “AzerGold” şirkətindən məlumat verilib.
Şirkət həmçinin dövlət büdcəsindən asılılıq yükünü azaltmaq üçün xarici investorun cəlb edilməsi nəzərdə tutub. “Hazırda təcrübəli tərəfdaş şirkətin cəlbi ilə bağlı danışıqlar prosesinin yekun mərhələdədir”, - şirkətdən vurğulanıb.
“AzerGold”un qiymətləndirmələrinə əsasən, dəmir filizi yataqların istismara verilməsi ilə metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, 2035-ci ilədək ümumi daxili məhsula $3,97 milyard (təqribən 6 milyard manat) məbləğində töhfə verilək və $290 milyon (493 milyon manat) məbləğində vergi daxilolmalarını təmin edəcək.
“Layihənin icrası müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, illik yüzlərlə daimi iş yerinin açılması ilə regionun məşğulluq göstəricisinə ciddi töhfə verilməsi planlaşdırılır”, - məlumatda deyilir.
“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton (ümumi ehtiyatların həcmi 350 milyon tondur) təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət