Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyreni ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilib.
Görüş zamanı Azərbaycan və İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət, bağlantılar, humanitar və sair sahələrdə əməkdaşlığın inkişafını qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə göstərdiyi səylərə görə səfir Muriel Peneveyreyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Muriel Peneveyre Azərbaycan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, bu xüsusda səylərin gücləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət