İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrəAzərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası yaxın dövrdə Vyetnamda keçiriləcək.
“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Vyetnamın Bakıdakı yeni səfiri Danq Min Xoyu arasında görüş zamanı Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb”, - “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. “Azərbaycan və Vyetnam şirkətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına diqqət yetirilib, neft-qaz sahəsi üzrə perspektiv addımlar nəzərdən keçirilib. Münasibətlərin inkişafı istiqamətində iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyi vurğulanıb”, - nazirlikdən qeyd olunur.
İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının son iclası 2018-cii ilin iyun ayında Bakıda keçirilib. Azərbaycan tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri energetika naziridir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət