Azərbaycanda özəlləşdirilmiş dövlət müəssisələrinin 50%-dən çoxu fəaliyyətini bərpa edə bilməyib. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
“Təcrübə göstərdi ki, Azərbaycanda özəlləşdirilmiş dövlət müəssisələrinin 55%-i öz fəaliyyətini bərpa etməyib. Bunun bir çox səbəbi var, əsas səbəblər köhnəlmiş avadanlıqlar, köhnə texnologiyalar və itirilmiş işgüzar əlaqələrdir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
M.Eynullayevin sözlərinə görə, məhz bu səbəbdən dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi ən düzgün yol hesab edilir.
“İnvestisiya müsabiqələri müəssisənin bərpasını təmin edir. Müsabiqə qalibləri investisiya öhdəliklərini yerinə yetirmədən müəssisənin faktiki sahibi olmurlar. Bundan başqa, əgər onlar öz öhdəliklərini yerinə yetirməsələr, dövlət investisiya müsabiqəsinin nəticələrini ləğv edə bilər”, - deyə Dövlət Xidmətinin rəisi qeyd edib.
O əlavə edib ki, bununla əlaqədar investisiya müsabiqələrinin qalibləri götürdükləri öhdəlikləri yerinə yetirməkdə maraqlıdırlar.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət