Azərbaycan Milli Məclisi və Rusiya Dövlət Duması arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, sazişi Milli Məclisin sədri Sahibə Qafarova və Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Moskvada imzalayıblar.
Bu, iki qurum arasında imzalanan ilk belə sazişdir. Həmçinin yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılmasına dair qərar qəbul edilib.
“Ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Bu sürəti təmin edən, münasibətlərin inkişafı üçün güclü zəmin yaradan prezidentlərimizə minnətdarlığımı bildirməliyik”, - deyə Volodin vurğulayıb.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan parlamentləri ölkə prezidentləri səviyyəsində qəbul edilən qərarların qanunvericiliklə təminatı üzərində işləməlidir.
Volodin əlavə edib ki, sazişin imzalanması Dövlət Duması ilə Milli Məclis arasında qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə çıxmağa imkan verəcək əlamətdar hadisədir: “Bizim üçün bu, nəinki çox vacib, həm də münasibətlərin qurulması istiqamətində məsuliyyətli addımdır, çünki söhbət yeni formatların tətbiqindən, onların konkret məzmunla doldurulmasından gedir. Saziş isə bu problemi həll etməlidir”.
O, həmçinin müvafiq komitələr səviyyəsində qarşılıqlı fəaliyyətin daha fəal inkişaf etdirilməsinə çağırıb.
“Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlər ölkələrimiz arasında çoxəsrlik dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma və etimad əlaqələri əsasında inkişaf edir. Ən əsası odur ki, hər şey xalqlarımızın dostluğuna söykənir”, - deyə S.Qafarova vurğulayıb.
O, ticarət dövriyyəsinin, eləcə də Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcminin artdığını qeyd edib, həmçinin iki ölkə arasında mədəni-humanitar sahədə qarşılıqlı əlaqələrin xüsusi rolunu vurğulayıb.
Milli Məclisin sədri sazişin imzalanmasının iki ölkə arasında əlaqələrin hərtərəfli möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Volodin onu da bildirib ki, bu il Dövlət Duması 2023-cü ildə yüz illiyi qeyd olunacaq Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş sərgi keçirməyi planlaşdırır. O, sərginin may ayında keçirilə biləcəyini söyləyib.*
R.Əhmədov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət