“AzerGold” QSC Göygöl rayonunda (Azərbaycanın qərbi - İF) “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.
“Qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi 2023-cü il fevralın 11-də baş tutub”, - cəmiyyətin məlumatında deyilir.
“Tülallar” “AzerGold”un istismara verdiyi sayca 4-cü qızıl yatağıdır.
“AzerGold”un Daşkəsən rayonunda mövcud olan maddi-texniki bazasından mərkəzləşdirilmiş qaydada istifadə edilməsi, yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi üçün daha əvvəl istismara verilən qızıl yataqları ilə yanaşı, “Tülallar” qızıl yatağının resurslarının istehsalı prosesi də Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçiriləcək”, - cəmiyyətdən qeyd olunur.
“AzerGold”un məlumatına görə, “Tülallar”da inşası cari il ərzində yekunlaşdırılacaq CIL (Carbon in Leach) zavodunda çən aşındırma metodu ilə həyata keçiriləcək.
“Tülallar” yatağının istismar müddəti 3 il təşkil edir. Hazırda qızıl yatağında hasilat işləri ilə paralel ehtiyatların artırılaraq, istismar müddətinin uzadılması üçün mədənin yaxın və uzaq cinahlarında, Göygöl-Daşkəsən inzibati rayonlarının ərazisinə təsadüf edən sahələrdə intensiv geoloji axtarış-qiymətləndirmə, ilkin geoloji-kəşfiyyat işləri davam etdirilir və artıq bir sıra minerallaşma zonaları aşkar edilib.
“Perspektivli minerallaşma sahələrinin 2023-cü il ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata keçiriləcək. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması gözlənilir”, - cəmiyyətdən məlumat verilir.
“Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf olunmuş, lakin geniş tədqiq edilməmişdir. QSC-nin geoloqları 2017-ci ildə yatağı geniş tədqiq edilərək, 2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənib və dövlət balansına alınıb.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) qızıl hasilatı və ixracını həyata keçirir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət