2022-ci ildə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların ümumi həcmi $5,1 milyard olub, bu da 2021-ci ilin göstəricisindən 27% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Bunun 85,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - AMB-dən bildirilir.
2022-ci ilin I rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi $1,2 milyard, ikinci rübdə - $1,4 milyard, üçüncü rübdə – $1,3 milyard, dördüncü rübdə - $1,2 milyard olub.
AMB-dən qeyd olunub ki, ötən ilin aprel ayından sonunadək xarici valyutanın yüksək satışı hesabına 2021-ci illə müqayisədə xarici valyutanın satışı 5 dəfə azalıb.
AMB-dən vurğulanıb ki, 2022-ci il ərzində Azərbaycanın nağdsız valyuta bazarının həcmi $31,7 milyard təşkil edib (2021-ci illə müqayisədə artım 13,9% - İF). “Valyuta bazarında əməliyyatlarının 83,4%-i ABŞ dolları, 16,6%-i isə digər valyutaların payına düşüb”, - AMB-dən bildirilib.
AMB-nin məlumatına görə, valyuta əməliyyatlarının 28,6%-i banklararası valyuta bazarında (BVB), 71,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
2022-ci ildə BVB-də əməliyyatların 99.1%-i ABŞ dollarında aparılıb. “Hesabat dövrü ərzində əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,6% artaraq $9 milyarda ekvivalent olub. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb”, - bankdan qeyd olunur.
BDVB-də valyuta əməliyyatlarının həcmi $22,6 milyard ekvivalentində olub (artım 15,8%) ki, bunun da 77.1%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət