Xəzər regionu “yaşıl” və digər hidrogen növlərinin istehsalı üçün böyük imkanlara malikdir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz belə hesab edir.
“Ümumiyyətlə, əgər enerji keçidinin hidrogen - yaşıl hidrogen və onun digər növlərinin istehsalı kimi prioritet istiqamətindən danışsaq, bu region (Xəzər - İF) hidrogenin bütün növlərinin istehsalı mərkəzinə çevrilmək üçün çox böyük imkanlara malikdir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Q.Counz qeyd edib ki, BP Azərbaycanda mövcudluğundan və ölkədə görülmüş işlərdən çox razıdır.
“Əminik ki, bu region qarşıdakı 30 ildə enerji səmərəliliyi mərkəzinə çevriləcək və bu müddət ərzində bizim də burada olacağımız məni çox sevindirir”, - deyə BP-in regional prezidenti qeyd edib.
O əlavə edib ki, hazırda şirkət Azərbaycan hökuməti və “Azərenerji” ASC ilə Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı sıx şəkildə işləməyə davam edir.
“Xüsusilə Cəbrayıl rayonunda inşa ediləcək günəş elektrik stansiyasının virtual istismarının təşkili məsələsi müzakirə olunur. Söhbət bu stansiyada istehsal ediləcək elektrik enerjisinin virtual ötürülməsindən gedir. Yəni biz Cəbrayıldakı stansiyada istehsal edəcəyimiz elektrik enerjisini Abşeronda öz obyektlərimizdən birinin yaxınlığında alacağıq – planlarımıza uyğun olaraq bu, Səngəçal terminalı olacaq və onun sırf elektrik enerjisi ilə işləməsini təmin edəcəyik. Belə olan halda hazırda elektrik enerjisinin alınması və təchizat (terminalın – İF) üçün istifadə etdiyimiz qaz başqa məqsədlərə yönəldilə bilər. Beləliklə də görülən işlərdən və səylərdən aydın olur ki, qarşıdakı 30 ildə real enerji keçidi başlayacaq”, - deyə o bildirib.
Daha əvvəl BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirmişdi ki, şirkət 2023-cü ildə Azərbaycan hökuməti ilə Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə yekun investisiya sazişi imzalamağı planlaşdırır. Onun sözlərinə görə, əsas kommersiya məsələləri faktiki olaraq artıq həll olunub, məsələnin texniki cəhətdən öyrənilməsi də demək olar ki, başa çatıb. ANAMA tərəfindən potensial ərazinin minalardan təmizlənməsi istiqamətində iş aparılır.
Energetika naziri Pərviz Şahbazova istinadən verilən məlumata görə, Cəbrayıl rayonunda “Şəfəq” günəş elektrik stansiyasının inşasına 2023-cü ildə başlanılacaq və stansiya 2024-cü ildə istismara veriləcək. Stansiyada illik 500 kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.
Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət