2013-cü ildən “VTB”nin minoritar səhmdarı olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nümayəndəsi bankın Müşahidə Şurasına namizədlər siyahısına daxil edilməyib. Bu, hökumətin “VTB”nin Müşahidə Şurasına namizədlərin siyahısının yer aldığı sərəncamında əks olunub.
“VTB” ötən ilin fevralında sanksiyalara məruz qaldıqdan sonra Müşahidə Şurasının tərkibi barədə məlumatları bağlamışdı. O vaxt baş nazirin müavini - hökumət Aparatının rəhbəri Dmitri Qriqorenko (2020-ci ilin payızından “VTB”nin Müşahidə Şurasına rəhbərlik edir), hökumət Aparatı rəhbərinin birinci müavini Valeri Sidorenko, iqtisadi İnkişaf naziri Maksim Reşetnikov, maliyyə nazirinin müavini Aleksey Moiseyev, “VTB”nin rəhbəri Andrey Kostin və Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev Rusiya Federasiyasından nümayəndələr qismində, “VTB” səhmdarlarının Məsləhət Şurasının üzvü İqor Repin, Azərbaycan Dövlət Neft Fondunun rəhbəri İsrafil Məmmədov, Dövlət Dumasının deputatı Sergey Qavrilov, Maliyyə Savadlılığının İnkişafı Assosiasiyasının rəhbəri Veniamin Kaqanov və “Rostelekom”un baş direktoru Mixail Oseyevski isə müstəqil direktorlar qismində Müşahidə Şurasına namizəd olaraq göstərilmişdi.
Hökumətin 16 fevral tarixli sərəncamı ilə İsrafil Məmmədovdan başqa yuxarıda adları çəkilən şəxslərin hamısı Müşahidə Şurasına namizəd göstərilib. 2021-ci ilin sonuna olan məlumata görə, Azərbaycan Dövlət Neft Fondu Rusiya dövlət bankının səhmlərinin 2,95%-nə sahib olmaqla “VTB”nin iri minoritar səhmdarı olub.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət