Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planı imzalanıb.
Sənədi bazar ertəsi Bakıda keçirilən görüşün yekunlarına dair Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov imzalayıblar.
Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilir ki, Mustafayev bildirib ki, Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə iqtisadi əlaqələr saxlayır. “Təqribən 20 subyektlə, o cümlədən Dağıstan Respublikası ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlər imzalanıb”, - o vurğulayıb.
“Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan-Dağıstan münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Mövcud sanballı potensialdan istifadə edilməklə əməkdaşlığımızı inkişaf etdirmək barədə dövlətimizin başçısı tərəfindən tapşırıq verilməsi bu diqqətə sübutdur”, - Mustafayev əlavə edib.
Qeyd edilib ki, 2022-ci ilin dekabr ayında Azərbaycan prezidenti İlham Əliyev ilə Dağıstanın rəhbəri Sergey Melikov arasında keçirilmiş görüşün yekunlarına əsasən birgə layihələr üçün perspektivli istiqamətlər müəyyən edilib.
“Liderlər arasında əldə edilmiş razılaşmalara böyük əhəmiyyət veririk. Tərəflər arasında bu razılaşmaların reallaşdırılması məqsədilə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planı hazırlanıb”, - baş nazirin müavini yekun vurub.
Tədbirlər Planında qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına və investisiyaların daha fəal cəlb edilməsinə xüsusi diqqət yetirilir.
Sənəddə sənaye kooperasiyasının nizamlanması da nəzərdə tutulur. Şüşə istehsalı üzrə birgə müəssisələr yaradılmasının mümkünlüyü və gəmiqayırma sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə diqqət artırılacaq.
Tərəflər aqrosənaye kompleksində Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu göstəriblər.
Tədbirlər Planında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və sərhədyanı infrastrukturun yaxşılaşdırılması üzrə birgə tədbirlər həyata keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan tərəfi Rusiya Federasiyası ilə dövlət sərhədində buraxılış məntəqələrinə avtomobil və dəmir yolları çəkilməsi, habelə mövcud yolların yenidən qurulması ilə bağlı işlər görür.
Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti ikitərəfli razılaşmalar çərçivəsində “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması, habelə “Xanoba” gömrük məntəqəsinin yenidən qurulması üçün vəsait ayırıb.
Bundan əlavə, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi ilə həmhüdud olan “Xanoba” gömrük məntəqəsinin tikintisi işləri başa çatmaq üzrədir.
Mustafayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi olduğunu əlavə edərək, limanın yükaşırma gücünün artırılaraq ildə 15 milyon tondan 25 milyon tona çatdırılması ilə əlaqədar işlər barədə məlumat verib.
Liman infrastrukturunun inkişaf etdirilməsi sahəsində Azərbaycanın təcrübəsi Dağıstan tərəfindən Mahaçqala Beynəlxalq Dəniz Limanının yenidən qurulmasında istifadə edilə bilər “Bakı və Mahaçqala limanları arasında qarşılıqlı fəaliyyətin nizamlanması barədə niyyətimiz Tədbirlər Planında da qeyd edilib”, - Mustafayev qeyd edib.
Sənəddə Azərbaycanda və Dağıstanda qarşılıqlı mədəni tədbirlərin təşkil edilməsi, mədəniyyət müəssisələri arasında birbaşa peşəkar və yaradıcı əlaqələrin nizamlanması da nəzərdə tutulur. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət