Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Əbu-Dabi şəhərində təşkil olunan “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfrans çərçivəsində çərşənbə axşamı İsrailin “Aeronautics” şirkətinin rəhbəri Moshe Elazar ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilir.
“Görüş çərçivəsində “Aeronautics” ilə Müdafiə Sənayesi Nazirliyi arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb”, - nazirlikdən qeyd olunub.
Bundan əlavə, Quliyev Mərakeş Krallığının müdafiə naziri Abdeltif Loudyi ilə görüşüb. “Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib”, - MSN-dən vurğulanıb.
“İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı 20-24 fevral tarixlərində keçirilir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət