Roma şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında sayca 3-cü konsulluq məsləhətləşmələri keçirilib.
“Konsulluq məsləhətləşmələri zamanı Bakı ilə Roma arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları müzakirə edilib”, - Azərbaycan XİN-dən məlumat verilir.
Bundan başqa, tərəflər miqrasiya sahəsində əməkdaşlıq və bu istiqamətdə qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
“Görüş zamanı tətbiq olunan viza rejimləri, eləcə də İtaliyaya təhsil və turizm məqsədilə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vizaların rəsmiləşdirilməsi imkanlarının genişləndirilməsi, habelə aidiyyəti dövlət qurumları tərəfindən verilən sənədlərin qarşılıqlı tanınması məsələsi müzakirə olunub”, - məlumatda qeyd edilir.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bakıda keçirilməsinə dair razılıq əldə olunub. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət