2022-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 4 milyard 18 milyon 769,9 min manat (cari məzənnə ilə təxminən $2,4 milyard) investisiya yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 1 milyard 860 milyon 873,2 min manat (2022-ci ildə Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 20,1%-i) təşkil edib ki, bunun da 1 milyard 821 milyon 663,5 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.
2022-ci ildə Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2021-ci illə müqayisədə 38,7%, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 38,4% artıb.
Ən çox investisiya - 682 milyon 149 min manat (Qarabağ üzrə bütün investisiyaların 36,7%-i) Şuşa rayonuna yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 2,9 dəfə çoxdur. Füzuli rayonu üzrə investisiyalar 549 milyon 711,4 min manat, Ağdam rayonu üzrə 329 milyon 636,2 min manat təşkil edib.
2022-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 2 milyard 157 milyon 896,7 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 23,3%-i) yönəldilib ki, bunun da 2 milyard 124 milyon 722,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Hər iki göstərici üzrə artım 2,5 dəfə təşkil edib.
Qeyd olunan vəsaitin böyük hissəsi - 730 milyon 714,3 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 33,9%-i) Zəngilan rayonuna yatırılıb. Cəbrayıl rayonu üzrə vəsait qoyuluşu 613 milyon 90,4 min manat, Kəlbəcər rayonu üzrə 365 milyon 104,7 min manat məbləğində olub.
2022-ci ildə Azərbaycanda əsas kapitala 9 milyard 257 milyon 720,9 manat məbləğində, yaxud 2021-ci illə müqayisədə 17% çox vəsait yönəldilib.*
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət