Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar üç istiqamətdə aparılır. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan hökuməti Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması üçün qətiyyətli addımlar atır və Azərbaycanla danışıqlarda konstruktiv şəkildə iştirak edir”, - deyə Paşinyan Berlində Almaniya Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında danışıqlar üç əsas istiqamətdə aparılır: münasibətlərin normallaşdırılması haqqında saziş, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin bərpası, sərhədlərin delimitasiyası və təhlükəsizlik.
Paşinyan əlavə edib ki, Ermənistan Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşdırılması məntiqi çərçivəsində Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən ayırmağa razılaşıb. “Biz sülh və əməkdaşlığın müsbət imkanlarına diqqət yetirməliyik”, - deyə Ermənistanın baş naziri qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət