Azərbaycanın xarici işlər naziri Ceyhin Bayramov BMT Baş katibi Antoniu Qutterişə ünvanladığı məktubda Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını yerinə yetirməməkdə ittiham edib.
“Ermənistan Məhkəmənin "Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edənbütün zəruri tədbirlərin qəbul ediməsi” ilə bağlı 7 dekabr 2021-ci il tarixli qərarına hələ də əməl etmir”, - Bayramovun “İnterfaks-Azərbaycan”ın əldə etdiyi məktubunda deyilir.
Məktubda nazir qeyd edir ki, “Məhkəmə tərəfindən göstərilən məcburi tədbirə açıq şəkildə məhəl qoymadan, Azərbaycana və azərbaycanlılara qarşı irqi nifrəti təbliğ edən təşkilatlar, missal üçün Ermənistanda yerləşən VoMA və POGA təşkilatları, azərbaycanlılara qarşı etnik və milli mənsubiyyətə görə ayrı-seçkilik və nifrəti təbliğ etməyə davam edir”.
Bayramov bildirib ki, Azərbaycan 2021-ci ilin dekabr ayından etibarən Ermənistanın müvəqqəti tədbiri yerinə yetirməməsini dəfələrlə Məhkəmənin diqqətinə çatdırıb.
“Eyni zamanda, kütləvi informasiya vasitələrinin açıq mənbələri tərəfindən VoMA, POGA və bu cür təşkilatların Ermənistanın dövlət orqanlarının razılığı ilə cəzasız qalmaları, sərbəst şəkildə hərbi hazırlıq kimi çoxsaylı tədbirlər keçirmələri, irqi nifrət yaymaq məqsədilə sosial şəbəkələrdən istifadə hüququna malik olmaları və tərəfdaşlar cəlb etmələri ilə əlaqədar aydın sübutlar təqdim edilir”, - Azərbaycan XİN başçısı vurğulayıb.
“Bu cür hazırlıqda və digər tədbirlərdə iştirak məqsədilə uşaqların genişmiqyaslı cəlb edilməsi xüsusi narahatlıq doğurur, sonradan irqçiliyin təbliğatnda istifadə olunurlar”, - deyə Bayramov əlavə edib ki, “bu faktları sübut edən sənədlərlə təsdiq olunan ayrıca məruzə BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb”. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət