Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp şirkəti Azərbaycanda sahibkarlığın birgə dəstəklənməsi və ümumi dəyəri 595 min manat ($350 min) olan iki layihənin həyata keçirilməsi barədə razılığa gəlib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, KOBİA və bp arasında yeni Anlaşma Memorandumu martın 13-də imzalanıb.
Memorandum iki yeni layihənin həyata keçirilməsini nəzərdə tutur.
Layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşıyır. Layihənin müddəti 20 aydır və Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək.
Dəyəri 495 min manat ($291,2 min) olan layihə 3 mərhələli inkişaf proqramından ibarətdir. Birinci mərhələdə aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiriləcək. İkinci mərhələdə təlimləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək. Üçüncü mərhələdə layihə iştirakçıları əldə etdikləri bilik, bacarıq və avadanlıqların köməyi ilə mentor proqramlarından faydalana biləcəklər. Layihə “Kənd İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunacaq.
İkinci layihə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin 20 nəfərlik işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq. Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin təmirinə də dəstək göstəriləcək. Layihənin müddəti 1 il, dəyəri 100 min manatdır ($58,8 min). Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq.
Hər iki layihə bp və onun Azərbaycandakı layihələr üzrə tərəfdaşları tərəfindən maliyyələşdiriləcək.
Yeni memorandum bp və KOBİA arasında əsası 2018-ci ildə qoyulmuş əməkdaşlığın davamıdır.
İndiyədək bp və onun Azərbaycandakı tərəfdaşları ölkə iqtisadiyyatına $84 milyarda yaxın, sosial layihələrin həyata keçirilməsinə isə $107 milyon sərmayə qoyub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət