Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın işğaldan azad ərazilərində Qarabağ və Şərqi Zəngəzurda maliyyələşmə üçün layihələri nəzərdən keçirməyə hazırdır. Bu barədə bankın Bakı ofisinin rəhbəri Kamola Mahmudova bəyan edib.
“Biz Azərbaycanın işğaldan azad ərazilərində layihələri nəzərdən keçirməyə hazırıq. Hazırda bizim üşün əsas məsələ təhlükəsiz çıxışdır. Əgər ərazilərin minalardan təmizlənməsi uğurla və vaxtında tamamlanarsa və meyarlarımıza uyğun layihələr təklif edilərsə, o zaman biz onları nəzərdən keçirməyə hazırıq”, - Mahmudova Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar artıq Azərbaycan hakimiyyətinin nümayəndələri ilə bir neçə görüş keçirilib.
“Biz məmnuniyyətlə həmin layihələri nəzərdən keçirəcəyik və onların nə zaman təqdim olunacağını gözləyirik”, - Mahmudova deyib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 187 layihənin maliyyələşdirilməsi üçün 3,6 milyard avroya yaxın kredit ayırıb. 2023-cü ilin əvvəlinə bankın Azərbaycandakı 35 layihə üzrə cari portfeli 843 milyon avro təşkil edir: portfelin 86%-i infrastrukturun, 10%-i sənaye və kənd təsərrüfatı, 4%-i isə maliyyə sektorunun payına düşür.
Xəbər verildiyi kimi, AYİB 2023-cü ildə Azərbaycandakı layihələrə $300 milyona yaxın kredit ayırmağı planlaşdırır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət