Azərbaycan prezidenti İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu hesab edir və separatist meyillərə münasibətdə vahid mövqeyin nümayişinin vacibliyini vurğulayır.
“Azərbacan separatizmin bütün forma və təzahürlərini qəbuledilməz hesab edir və separatist meyillərə münasibətdə vahid mövqeyin nümayiş etdirilməsinin vacibliyini bəyan edir”., Əliyev çərşənbə axşamı Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə deyib.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına toxunan Əliyev bəyan edib ki, Azərbaycan beş prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünü irəli sürüb.
Əliyev vurğulayıb ki, Ermənstanla razılaşmaq üçün yaxşı şans var. “Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq”, - dövlət başçısı deyib.
Onun sözlərinə əsasən, Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir. Birinci yanaşma - Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma - Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.
Görüşdə Əliyev bildirib ki, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyəti nümayəndələri reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunub.
“Laçın yolunda vəziyyətlə bağlı məsələyə toxunan dövlət başçısı bildirib ki, Laçın yolunun blokadada olması barədə Ermənistanın iddiaları tamamilə əsassızdır. O vurğulayıb ki, yol üzrə hərəkət təmin edilir: dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsi, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxs keçib”, - Azərbaycan liderinin saytında məlumat verilir.
Əliyev əlavə edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə olunması Azərbaycanı narahat edir.
O cümlədən, Azərbaycan lideri vurğulayıb ki, Ermənistan üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. O, Laçın yolunun son nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi barədə Ştaynmayeri məlumatlandırıb.
Öz növbəsində, Ştaynmayer bəyan edib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu bildirib.
Həmçinin, Almaniya prezidenti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin himayəsi altında “Brüssel formatı”nı dəstəklədiyini vurğulaylb və Brüsseldə yeni görüşün (Əliyev-Paşinyan-Mişel formatında – İF-Az) keçiriləcəyinə ümid edir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət