2023-cü ilin sonunadək keçmiş məcburi köçkünlərin birinci qrupunun Laçın rayonuna köçürülməsi planlaşdırılır. Bunu baş nazir Əli Əsədov deyib.
“Bu ilin sonunadək Laçın rayonunun Zabux və Sus kəndlərinə 296 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır”, - deyə baş nazir bu gün parlamentdə hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı bildirib.
Qeyd edək ki, Laçın şəhəri, eləcə də Laçın rayonunun Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə keçib.
Daha əvvəl Prezident İlham Əliyev bəyan etmişdi ki, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. “Azərbaycan sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurur. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir. 2021-2022-ci illərdə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə $4 milyarda yaxın vəsait yönəldib. Bu il bu məqsədlər üçün ən azı $1,7 milyard məbləğində vəsait ayırmağı planlaşdırırıq”, - deyə o qeyd edib.
Azərbaycan hökumətinin planlarına əsasən, 2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzura 34 min 500 ailə köçürüləcək.*
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət