ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün tərəfdarıdır. Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə deyilir.
“Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”, - deyə təbrikdə bildirilir.
Bayden qeyd edib ki, Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və iki ölkə xalqlarının üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəlib.
“Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”, - deyə o vurğulayıb.*
N.Abbasova
Ərdoğan: Ermənistan layihəni dəstəkləməsə, Zəngəzur dəhlizi İrandan keçə bilər
Azərbaycan bankları bu gün valyuta hərracında $61,5 milyon cəlb edib
Azərbaycan əhalisinin 90%-dən çoxu Zəngəzur dəhlizinin açılacağına inanır
Prokurorluq Sabirabad rayonunda məktəbdə 12 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparır
İKZF-nin müvəkkil bankları 8 ay ərzində ipoteka kreditləşməsini 35% artırıb
ABŞ Ermənistana $11,5 milyon ayırır
Xankəndi yaxınlığında yanacaq anbarında partlayış nəticəsində 20 nəfər həlak olub
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Pulunuzun etibarlı artımı üçün nə etməli?
ABŞ bankı ilə pul köçürmə xidmətini genişləndirir
Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr