Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücumu terror aktı kimi qiymətləndirib.
“28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur”, - deyə DTX-nin məlumatında bildirilir.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
“Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
TƏBİB-dən verilən məlumata görə, deputat əməliyyat olunub və onun vəziyyəti stabil olaraq qiymətləndirilir.*
R.Əhmədov
Bakıda “Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar keçiriləcək
Bakı Makronu Cənubi Qafqazda vəziyyətlə bağlı bəyanatına qörə tənqid edib
“AzInTelecom” yaddaş avadanlıqlarının satın alınmasına 6 milyon manata yaxın vəsait yönəldəcək
Aİ ölkələri yanvar-iyul aylarında Azərbaycandan metanol idxalını cüzi azaldıb
Peskov: Qarabağda Rusiya sülhməramlılarının gələcəyi ilə bağlı məsələ hələlik həll olunmayıb
Peskov: RF, Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı hələlik dəqiq ehtimal yoxdur
Kreml Əliyev və Ərdoğanın görüşünün Qarabağda normallaşmaya şərait yaradacağını gözləyir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr