Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkəti 2029-cu ilədək Azərbaycanda yataqlardan əlvan metalların istehsalının 3,5 dəfə artımını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, AAM şirkətin 2023-2028-ci illər üçün strateji inkişaf Planını hazırlayıb.
Bu plana əsasən, 2023-cü ildə şirkət tərəfindən Azərbaycanda əlvan metalların hasilatı qızıl ekvuvalentində 50 min unsiyadan 54 min unsiyaya qədər həcmdə, 2024-2025-ci illərdə - 70-75 min unsiya, 2026-207-ci illərdə - 115 min unsiya həcmində planlaşdırılır, 2028-ci ildə 175 min unsiyaya çatacaq. Beləliklə, 2023-2028-ci illər ərzində əlvan metalların istehsalı 3,2-3,5 dəfə artacaq.
“Bu dövrdə hasilatın artımı Azərbaycanda dörd yeni mədənin ardıcıl açılışı hesabına təmin ediləcək. Mis, enerjinin sıfır tullantılara keçməsi üçün ən vacib metal olaraq, 2026-cı ildən etibarən şirkətin əsas məhsulu olacağı gözlənilir. Strategiya, mis istehsalının şirkətin gəlirlərinə verdiyi töhfəni 2026-cı ildə qızıl istehsalından gələn töhfəni üstələyəcəyini nəzərdə tutur”, - AAM-nin saytında dərc olunan planda deyilir.
Həmçinin, şirkət gözləyir ki, 2023-2027-ci illərdə mis istehsalının ümumi dəyəri iki dəfə, 2029-cu ilədək 3 dəfə arta bilər.
Strategiya iki mərhələdən ibarətdir. I mərhələdə («Keçid dövrü») hazırda istismar olunan “Gədəbəy” və “Qədir” mədənlərində hasilat elə idarə olunacaq ki, istifadə müddəti başa çatana qədər onların istehsalı maksimuma çatdırılsın. Eyni zamanda, şirkət 2023-2025-ci illərdə üç yeni mədəni – Zəfər, Gilar və Xarxar – istifadəyə verməyi planlaşdırır. Zəfər yatağında mis, qızıl və sink, Gilar yatağında – mis və qızıl, Zarxar yatağında – mis hasilatı planlaşdırılır.
II mərhələyə («Transformasiya») Qaradağ mədənin inkişafı və mis hasilatı başlamaq daxildir. AAM-nin qiymətləndirmələrinə görə, Qaradağ 300 min tondan çox mis istehsal etmək potensialına malikdir. Şirkıtin proqnozuna görə, Qaradağ mədənində hasilat 2028-ci ilə başalyacaq.
AAM-nin məlumatına əsasən, martın 31-də Bakı vaxtı ilə saat 13:00-da şirkət investorlar üçün Startegiyanın onlayn təqdimatını keçirəcək.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.
PSA tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb.
2023-cü ildə “Anglo Asian Mining” qızıl hasilatını 30-32 min unsiya planlaşdırır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət