2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr səviyyəsində planlaşdırılır, bunun 12 milyard kubmetri -Aİ-nin, 10,2 milyard kubmetri – Türkiyənin payına düşür. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Bu il 24,5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur”, - Şahbazov cümə axşamı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin üçüncü iclasında çıxışında bildirib.
Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Şahbazov çıxışında qeyd edib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib.
Həmçinin, nazir vurğulayıb ki, Azərbaycan TDT ölkələri ilə münaisibətlərin möhkəmlənməsinə vacib əhəmiyyət verir. “Təşkilata üzv və müşahidəçi ölkələrlə (Türkmənistan və Macarıstan) Azərbaycanın ticarət dövriyyəsi ötən il 42,7% artaraq 7,2 milyard dolları ötüb, bu ölkələrin iqtisadiyyatımıza 14,3 milyard dollar, Azərbaycan isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya qoyub”, - nazir qeyd edib.
Şahbazov əlavə edib ki, Azərbaycan TDT ölkələri ilə YEK sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Xüsusilə, Macarıstana “yaşıl enerji” və qaz tədarükünə başlamaq planlaşdırılır, (2023-cü ildə) Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə illik 1.5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqli, Özbəkistan, Türkmənistanla yeni layihələrin reallaşdırılması planlaşdırılır.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. 2023-cü ilin sonunda Azərbaycan qazının Macarıstana nəqlinə başlanacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət