2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 32,4%-i Rusiya Federasiyası, 21%-i Türkiyə, 9,2%-i İran, 5,7%-i Gürcüstan, 3,8%-i Hindistan, hər birindən 3,1% olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9%-i Küveyt, 1,8%-i Səudiyyə Ərəbistanı, 1,7%-i Qazaxıstan, hər birindən 1,5% olmaqla Ukrayna və Belarus, 1,4%-i Özbəkistan, 1,3%-i Türkmənistan, 10,6%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 77,5%-ni kişilər, 22,5%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 93,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,4 dəfə artaraq 9,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 19,8% artaraq 40,6 min nəfər olub.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,3% artaraq 218 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9%, Rusiya Federasiyasına gedənlərin sayı 8,4% artıb, İrana gedənlərin sayı isə 15,5% azalıb.
Ölkə vətəndaşlarının 39,7%-i Türkiyəyə, 22,8%-i Rusiya Federasiyasına, 9,9%-i Gürcüstana, 8,4%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib.
Gedənlərin 70%-ni kişilər, 30%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət