2022-ci ildə fəaliyyətinin yekunları üzrə “PAŞA Sığorta” ASC-nin xalis mənfəəti 29 milyon 201,385 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yekunları üzrə “PAŞA Sığorta”nın xalis mənfəəti 24 milyon 634,343 min manat təşkil edib. Beləliklə, 2022-ci ildə şirkətin xalis mənfəəti 18,5% artıb.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2022-ci il ərzində onun gəlirləri 212 milyon 214,432 min manat, o cümlədən sığorta haqları 206 milyon 158,123 min manat (2021-ci illə müqayisədə artım 23,5%), təkrar sığorta üçün alınmış sığorta haqları 7 milyon 488,398 min manat (azalma 38,7%) təşkil edib. Sığorta ehtiyatları üzrə zərərin təxminən 19,6 milyon manat olması nəticəsində şirkətin gəlirləri azalıb. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2022-ci ildə şirkətin xərcləri 173 milyon 882,77 min manat, o cümlədən sığorta ödənişləri 68 milyon 457,089 min manat (2021-ci illə müqayisədə azalma 8,8%), sığorta işinin aparılması xərcləri 42 milyon 483,544 min manat, təkrarsığortaya verilmiş risklər 60 milyon 58,275 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə “PAŞA Sığorta”nın vergi ödənilənədək mənfəəti 38 milyon 331,662 min manat, mənfəət vergisi üzrə ödənişləri 9 milyon 130,276 min manat təşkil edib.
Hesabat ilində şirkətin aktivləri 15,1% - 274 milyon 820,078 min manata, öhdəlikləri 19,8% - 195 milyon 556,278 min manata, kapitalı 4,9% – 79 milyon 263,799 min manata qədər artıb.
2022-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 16,3% - 53 milyon 400 min manata qədər artıb.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Nizamnamə kapitalı 50 milyon manatdır. Şirkət sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir.*
X.Nəsirzadə
DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
KİV: Ərdoğan sabah Naxçıvana səfər edəcək
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkətinin ərazisində silah-sursat aşkar edilib
8 ay ərzində Azərbaycana gələn əcnəbilərin sayı 33,8% artıb
Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb
GDU 5 saylı korpusun əsaslı təmirinə daha 2,1 milyon manat yönəldəcək
Paşinyan Ermənistanın müttəfiqlərini ölkənin zəifliyini sübut etmək səylərinə görə qınayıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr