Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında bərpaolunan enerji sahəsində ümumilikdə 1500 meqavatt gücündə yeni enerji obyektlərinin yaradılması üzrə layihələr reallaşdırmağı planlaşdırır. Bu barədə energetika nazirinin müavini Elnur Soltanov bəyan edib.
“NMR zəngin günəş enerjisi potensialına malikdir və Naxçıvanın “yaşıl enerji” mərkəzinə çevrilməsi ilə bağlı planlar vaş Naxçıvan ərazisində xarici tərəfdaşlar tərəfindən ümumilikdə 1500 meqavatt gücündə “təmiz” enerji sahəsində investisiya layihələrinin reallaşdırılması panlaşdırılır”, - Soltanov bazar ertəsi Bakıda Azərbaycan-ABŞ “Yaşıl enerji” forumunda çıxışında deyib.
Həmçinin, nazir müavini qeyd edib ki, Azərbaycanda yaradılan “yaşıl” enerjinin böyük hissəsi Türkiyə və Avropaya ixrac oluna bilər.
Soltanov jurnalistlərlə söhbət zamanı məlumat verib ki, NMR yüksək günəş enerjisi potensialından başqa Türkiyəyə birbaşa elektrik enerjisi tədarükünün təşkili üçün çox yaxşı coğrafi mövqeyə malidkir.
“Bizim günəş enerjisinin inkişafı ilə əlaqədar NMR ilə bağlı böyük ümidlərimiz var. Hazırda Naxçıvanda Araz çayı üzərində Ordubad Su Elektrik Stansiyası (32 meqavatt gücündə - İF) və derivasiya tipli Tivi SES-in (15,6 meqavatt gücündə - İF) tikintisi gedir. Naxçıvanda bəzi illərdə elektrik enerjisinin istehsalında qazdan daha çox bərpaolunan enerji istifadə olunub və bəzən bu göstərici ümumi enerji istehsalının 50%-dən çox ola bilər. NMR-nin digər bir xüsusiyyəti isə Türkiyə bazarına birbaşa çıxışa malik olmasıdır, yəni digər ölkələrin vasitəçiliyi olmadan və müvafiq olaraq əlavə xərclər olmadan", - nazir müavini bildirib. **
N.Abbasova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət