2022-ci il ərzində “Meqa Həyat Sığorta” şirkətinin xalis mənfəəti 573,935 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
2021-ci ili sığorta şirkəti 181,964 min manat məbləğində xalis mənfətlə başa vurub. Beləliklə, 2022-ci ildə şirkətin xalis mənfəəti bir il əvvələ olan göstərici ilə müqayisədə 3,2 dəfə artıb.
Şirkətin maliyyə hesabatına əsasən, 2022-ci ildə onun gəlirləri 2 milyon 229 min 968,79 manat təşkil edib. Həmçinin, sığorta haqları 2 milyon 402 min 401,9 manat (2021-ci illə müqayisədə artım 5,4 dəfə - İF), mənfi xalis sığorta ehtiyatları 1 milyon 355 min 36,41 manat, investisiya gəlirləri 1 milyon 178 min 699,33 manat olub. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə olunub.
2022-ci il ərzində şirkətin xərcləri 1 milyon 512 min 550,42 manat, həmçinin sığorta ödənişləri 9,17 min manat (2021-ci i9ldə sığorta ödənişləri həyata keçiriməyib), qaytarılmış sığorta haqları üzrə xərclər 85,999 min manat (artım 3,3 dəfə), sığorta işinin aparılmasına 1 milyon 289,14 min manat təşkil edib, qalan xərclər isə digər maddələrin paylna düşüb.
Şirkətin vergiöncəsi mənfəəti 717,418 min manat, mənfəət vergisi üzrə ödənişləri 143,484 min manat təşkil edib.
2022-ci ildə şirkətin aktivləri 62,1% - 19 milyon 629 min 385,66 manatadək, öhdəlikləri - 15,8 dəfə - 7 milyon 527 min 198,29 manatadək, kapitalı 4% - 12 milyon 102 min 187,37 manatadək artıb.
Hesabat dövründə şirkət nizamnamə kapitalını 11 milyon manat səviyyəsində saxlayıb.
2022-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 10,4 dəfə - 4 milyon 107 min 449,99 manatadək artıb.
“Mega Həyat Sığorta” ASC 2019-cu ildə yaradılıb. AMB 2021-ci il fevralın 19-da şirkətə fəaliyyət üçün lisenziya verib. Şirkətin təsisçisi 100%-lik pay ilə “Meqa Sığorta” ASC-dir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət