2022-ci ilin yekunları üzrə “Xalq Sığorta” şirkətinin zərəri 12 milyon 225 min 937,97 manat təşkil edib (2021-ci ildə 5 milyon 29 min 191,31 manat xalis mənfəət əldə olunub). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Xalq Sığorta”nın auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2022-ci ildə şirkətin gəlirləri 31 milyon 772,388 min manat, o cümlədən sığorta haqları 42 milyon 259,761 min manat (2021-ci illə müqayisədə artım 18,6% - İF), investisiya gəlirləri 1 milyon 945,131 min manat təşkil edib. Hesabat dövründə şirkətin xalis mənfi sığorta ehtiyatları 13 milyon 219,54 min manat təşkil edib, bu da şirkətin ümumi gəlirlərini azaldıb.
2022-ci ildə şirkətin xərcləri 43 milyon 998,325 min manat, o cümlədən sığorta ödənişlərinin həcmi 26 milyon 242,256 min manat (2021-ci illə müqayisədə artım 20,3% - İF), qaytarılan sığorta haqlarının həcmi 5 milyon 184,445 min manat, təkrar sığortaya yönəldilmiş sığorta haqları 1 milyon 982,15 min manat, işlərin aparılma xərcləri 10 milyon 216,623 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Ötən il “Xalq Sığorta”nın aktivləri 1,9% - 81 milyon 902,48 min manatadək, öhdəlikləri 52,8% - 39 milyon 910,04 min manatadək artıb, kapitalı isə 22,5% - 41 milyon 992,44 min manatadək azalıb. Şirkətin nizamnamə kapitalı 58 milyon 750,5 min manat səviyyəsində qalıb.
“Xalq Sığorta” şirkəti 2006-cı ilin aprel ayından Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığorta haqlarının yığım həcminə görə Azərbaycanın 10 aparıcı şirkəti sırasına daxildir. Səhmdarları bir neçə fiziki şəxsdir.**
X.Nəsirzadə
Xan Yunis sakinlərinə təxliyə əmri verilib
Horovluda məktəb, uşaq bağçası və ticarət mərkəzi inşa olunacaq
Azərbaycan İspaniyada keçiriləcək turizm sərgisində iştirak etməyi planlaşdırır
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
İsrail Baş Qərargah rəisi Qəzzanın cənubunda da güclü əməliyyat vəd edib
İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 min hava zərbəsi endirib
İsrail hökuməti Qəzzada bufer zonası yaratmaq planını təsdiqləyib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək