Aprelin 3-də Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ilə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi perspektivləri, siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar, mədəniyyət, təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İtaliya Respublikası xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.
X.Xələfov görüş zamanı Vətən müharibəsindən sonrakı dövrdə Cənubi Qafqazda yaranmış yeni reallıqlar, davamlı sülhün və sabitliyin bərqərar olunması, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib və bu layihələrdə italyan şirkətlərinin fəal iştirakını qeyd edib.
O, Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması istiqamətində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılmasının zəruri olduğunu diqqətə çatdırıb, Ermənistanın qeyri-konstruktiv mövqeyinin və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin Cənubi Qafqazda sülh quruculuğuna təhlükə yaratdığını qeyd edib.
E.Çirielli Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edərək, bu xüsusda İtaliyanın müvafiq töhfələr verməyə hazır olduğunu bildirib.
Məsləhətləşmələrdə, habelə regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən digər mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, strateji dialoqun və hökumətlərarası komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət