Qazaxıstan Azərbaycana potensial kooperasiya layihələrinin həyata keçirilməsi ilə bağlı təklifləri və Azərbaycan bazarında realizə olunması üçün $300 milyon dəyərində malların siyahısını təqdim edib. Bu barədə Qazaxıstan baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin bəyan edib.
“Ölkələrimiz arasında illik $400-500 milyon səviyyəsində ticarət dövriyyəsi çox aşaöı həcmdir. Həmçinin Qazaxıstan mallarının Azərbaycan bazarlarında realizə olunması üçün istifadə olunmayan böyük potensial var. Biz Azərbaycan bazarında satış üçün təklif etdiyimiz $300 milyon dəyərində 100-dən çox adda mallrın siyahısını hazırlamışıq. Bundan əlavə, kooperasiya sahəsində potensial layihələr üzeə konkredt təklif hazırlayaraq Azərbaycan tərəfinə təqdim etmişik, ünki bu istiqamətdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur”, - Jumanqarin Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasında çıxışında bildirib.
O qeyd edib ki, iki ölkə arasənda ticarət əlaqələrinin inkişaf üçün Azərbaycan və Qazaxıstan ticarət missiyalarının mübadiləsini davam etdirməlidir.
“Bundan başqa, Kazaxeksport şirkəti uzunmüddətli əsasda ticarət tədarükünün maliyyələşməsini həyata keçirməyə hazırdır və yaxın zamanda bu şirkıtin bazasında ixrac-kredit agentliyi yaradılacaq”, - deyə Jumanqarin əlavə edib ki, ölkələr bu istiqamətdə əməkdaşlığı inkişaf etdirə bilərdi.
Onun sözlərinə görə, hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə 1195 şirkət və 210 birgə müəssisə fəaliyyət göstərir.
“Qazaxıstandan Azərbaycana kənd təsərrüfatı mallarının təarükündə böyük potensial mövcuddur. 2022-ci ilin yekunları üzrə bu tədarükün həcmi 2,7 dəfə, Qazaxıstan taxılının ixracı - 3,3 dəfə artıb”, - baş nazirin müavini məlumat verib.
O əlavə edib ki, Bakı-Tbilisi-Ceyahn neft kəməri ilə Qazaxıstan neftinin tranziti Azərbaycanla strateji əməkdaşlığın yeni istiqaməti olub. “Biz 1,5 milyon ton tranzit həcmini pilot qismində nəzərdən keçiririk, həmçinin əgər mart atyında bu nəqlin həcmi 20 min ton təşkil edirdisə, apreldə bu həcm artıq 125 min tona çatıb”, - o vurğulayıb.
Jumanqarin məlumat verib ki, Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsini (Azərbaycanla Qazaxıstan arasında - İF) strateji hesab edir və artıq Qazaxıstan tərəfində maliyyələşmə və infrastrukturun yaxşılaşdırılması istiqamətində işlərə başlanılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət